“Qız qalası.Qadın olmaq”Beynəlxalq Müasir İncəsənət layihəsi...

16 Yanvar-16 Yanvar, 2024

Keçirilmiş

Yanvarın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində Latviyanın Azərbaycandakı Səfirliyinin BMT-in Azərbaycandakı Nümayəndəliyi və digər tərəfdaşlarla birgə həyata keçirdiyi “Qız qalası. Qadın olmaq” Beynəlxalq Müasir İncəsənət layihəsi çərçivəsində veb-saytın təqdimatı baş tutub. Qonaqları salamlayan muzeyin direktoru Şirin Məlikova qadınların həyatı, cəmiyyətdəki rolu, qarşılaşdıqları problemlərə həsr olunmuş layihənin önəmini vurğulayaraq bu məsələlərin incəsənət vasitəsilə çox yaradıcı şəkildə işıqlandırıldığını qeyd etdi.  

Latviya Respublikasının ölkəmizdəki səfiri Edqars Skuyan öz çıxışında “Qadınlar sülh uğrunda”, “Gender bərabərliyi” və “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” kimi mövzulara həsr edilmiş layihənin  proqramına təqdimatlar, sərgilər, konfranslar və s. tədbirlərin daxil olduğunu söylədi.

Daha sonra BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə və digər çıxışçılar layihənin əhəmiyyətindən danışdılar. Layihənin təşəbbüskarı Əməkdar rəssam Səbinə Şıxlinskaya təqdim olunan veb-sayt haqqında təqdimat iştirakçılarına geniş məlumat verdi.

Təqdimat Firəngiz Əlizadənin bəstəkarı olduğu klassik konsert proqramı ilə yekunlaşdı.

Son Sərgilər

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

“Kamera ansamblı” kafedrasının konserti ...

Ətraflı...

"Vətəndaş rəssam" adlı film nümayiş olun...

Ətraflı...

“Aşiq dərviş” sərgisi çərçivəsində mühaz...

Ətraflı...